00:00:00
Yazar
Admin User
15.01.2026 17:25 82 2 dəq oxuma
Sosial

Bakı metrosu və avtobus islahatları CO₂ emissiyasının azalmasına töhfə verib

Bakı metrosu və avtobus islahatları CO₂ emissiyasının azalmasına töhfə verib

2025-ci ildə Bakı metrosundan istifadə nəticəsində 430 min ton CO₂ emissiyasının qarşısı alınıb. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, ötən il 227 milyon sərnişin metrodan istifadə edib və bu, ətraf mühitə müsbət təsir göstərib. Bu göstərici bir il ərzində 20 milyon ağacın udduğu karbon qazına və ya 100 min avtomobilin yaratdığı emissiyaya bərabərdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, ictimai nəqliyyatın inkişafı ekoloji tarazlığın bərpasına, xüsusən atmosferə atılan karbon qazının və digər karbon qarışıqlarının azalmasına səbəb ola bilər:

 

"Xüsusən, tramvay və trolleybusların gələcək inkişaf proqramına baxsaq, görəcəyik ki, ictimai nəqliyyatdan daha çox elektrikləşən və tullantıları az olan vasitələrlə istifadə olunması çox müsbət təsir göstərəcək, digər tərəfdən, bu tullantıların idarə olunması zamanı karbon qazının və karbon birləşmələrinin ümumi ahəngdarlığının təmin edilməsi də əsaslandırılmalıdır. Bu iqtisadi əsaslandırmada avtomobil yollarının kənarlarında və ya digər ərazilərdə ağacların əkilməsi və ya karbon qazı ilə mübarizədə özünü müsbət göstərən bioloji faktorlardan istifadə etməklə də nail olmaq mümkündür, yəni belə ağaclar əkilməlidir ki, iqlimə müsbət təsir göstərsin və havanın çirklənməsinin qarşısını ala bilsin".

 

Həmçinin ekspert bildirib ki, avtobus parkının yenilənməsi isə ümumi olaraq bütün şəbəkəyə müsbət təsir edəcək, xüsusilə nəqliyyat imkanlarını genişləndirəcək, vətəndaşların tələbatını ödəyəcək və ictimai, kütləvi yerdəyişmələrin təmin olunmasına müsbət təsir göstərəcək:

 

"Bu da özlüyündə digər faktorlardan daha vacibdir, çünki avtobus parkı bu gün elə zəngin olmalıdır ki, şəhər infrastrukturunun, təxminən 4 milyonluq Bakı nəqliyyatının sərnişinlərinin ağırlığını avtobuslar üzərinə götürsün və bu addım mütləq vacib elementlərdən biri olaraq aktuallığını saxlasın, həmçinin nəqliyyatın inkişafında əsas xüsusiyyətlərə malik olsun".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər