00:00:00
Yazar
Admin User
06.01.2026 15:32 70 1 dəq oxuma
Sosial

Bakı metrosunda NFC ilə ödənişlərin payı 24 %-ə yaxınlaşıb

Bakı metrosunda NFC ilə ödənişlərin payı 24 %-ə yaxınlaşıb

Bakı metropolitenində 2025-ci ilin dekabr ayında 5 milyon 068 min 343 sərnişin NFC texnologiyası ilə ödəniş edib ki, bu da ümumi ödənişlərin 23,93 %-ni təşkil edir.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, NFC ödənişlərin tətbiq olunduğu ilk iki ay ərzində bu üsulla ümumilikdə 7 milyon 233 min 200 sərnişin keçidi qeydə alınıb.

 

Noyabr ayı ilə müqayisədə NFC ödənişlərin sayında 134,11 % artım müşahidə olunub.

 

Qeyd edək ki, Bakı metrosunda NFC əsaslı ödəniş sisteminin tətbiqinə ötən ilin 1 noyabr tarixindən başlanılıb. Hazırda metrodan keçid zamanı NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödəniş etmək mümkündür.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər