Bakı metrosunda qatarların hərəkəti bərpa olunub
Saat 17:10 radələrində Bakı metrosunun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.
Bu barədə "İnformator.az"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən Bakı metrosunun "Qırmızı" və "Yaşıl" xətlərində qatarların hərəkətində gecikmələr var.
***
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
