00:00:00
Yazar
Admin User
01.10.2025 09:30 105 1 dəq oxuma
Sosial

Bakı Sağlamlıq Mərkəzində daha bir uğurlu əməliyyat!

Bakı Sağlamlıq Mərkəzində daha bir uğurlu əməliyyat!

"İnformator.az" xəbər verir ki, ürək-damar cərrahiyyəsi və kardiologiya məsələləri üzrə koordinator, kardioloq-aritmoloq, t.ü.f.d. Dr. Fərid Əliyev tərəfindən ürək daxilinə elektrodsuz kardiostimulyator uğurla implantasiya edilib.

 

Qeyd olunub ki, bu prosedur artıq bir ilə yaxındır mərkəzdə həyata keçirilir. Lakin bu gün pasiyentin xəstəlik xüsusiyyətləri nəzərə alınaraq, yeni nəsil, aktiv tipli elektrodsuz kardiostimulyator implantasiya olunub.

 

Maraqlıdır ki, bu gün yerləşdirilən sistem təkcə Azərbaycanda deyil, ümumilikdə Qafqaz regionunda ilk dəfə implantasiya edilən cihazdır.

 

Bu uğurlu prosedur ölkəmizin tibb sahəsində müasir texnologiyaların tətbiqi baxımından atdığı önəmli addımlardan biri hesab olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər