00:00:00
Yazar
Admin User
15.10.2025 17:49 149 1 dəq oxuma
Sosial

Bakı şəhərində taksi fəaliyyətinə məhdudiyyətlərin tətbiqi

Bakı şəhərində taksi fəaliyyətinə məhdudiyyətlərin tətbiqi

Bakı şəhərində taksi fəaliyyətinə dair yeni məhdudiyyətlərin tətbiqi planlaşdırılır.

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, 25 min nəqliyyat vasitəsini əhatə edən kvota tətbiq olunacaq və bu məhdudiyyət yalnız Bakı şəhəri üçün nəzərdə tutulur:

 

“Bu kvota ümumi Azərbaycan üzrə deyil, sırf paytaxtda taksi kimi istifadə edilən nəqliyyat vasitələrinə şamil olunur. Məhdudiyyət taksi sürücülərinin fəaliyyətinə birbaşa təsir etmir, yalnız taksi fəaliyyəti üçün nəzərdə tutulan avtomobillərin sayının tənzimlənməsinə yönəlib. Noyabrın 1-dən etibarən taksi sayında kəskin azalma gözlənilmir. Bu, daha çox gələn il üçün planlaşdırılan nəqliyyat siyasətinin tərkib hissəsidir. Hazırda taksi xidmətlərində qiymət artımı ehtimalı zəifdir, lakin tətbiq ediləcək kvota nəqliyyat sıxlığının azalmasına və şəhərdaxili hərəkətin optimallaşdırılmasına müsbət təsir göstərə bilər. Bu qərarın əsas məqsədi paytaxtdakı nəqliyyat axınını tənzimləmək, küçə və prospektlərdə sıxlığı azaltmaq, həmçinin ekoloji yüklənməni minimuma endirməkdir. Yeni tənzimləmələr şəhər nəqliyyatının dayanıqlı inkişafı, marşrut sisteminin optimallaşdırılması və ictimai nəqliyyatın səmərəliliyinin artırılması istiqamətində atılan addımlardan biridir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər