Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılıb
Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılıb.
Təmir işlərinin nə zaman bitəcəyi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq.
Cavab olaraq:
"Təmir işləri iş günlərində deyil, nəqliyyatın daha az olduğu bazar və istirahət günlərinə təsadüf edəcək şəkildə planlaşdırılıb. Məqsəd sürücülər üçün narahatlığın minimuma endirilməsi və işlərin mümkün qədər qısa müddətdə yekunlaşdırılması olub.
Təmir müddətində nəqliyyatın hərəkəti əks istiqamət üzrə təşkil edilib. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün yol polisi ilə birgə müvafiq tədbirlər həyata keçirilib".
Arzu Poladova
