00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
25.09.2026 16:08 21 2 dəq oxuma
Siyasət

Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

 

Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və regional nəqliyyat-kommunikasiya xətlərinin inkişafına mühüm imkanlar yaradır.


Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki,Ermənistan və Azərbaycan arasında gedən sülh prosesindən digər region ölkələri kimi Gürcüstan da faydalanacaq:

 

“Gürcüstan XİN rəhbəri Maka Boçorişvilinin Bakı və İrəvan arasındakı sülh prosesindəki irəliləyişlərin bütün region üçün vacib olduğunu bildirməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasının təkcə iki ölkə ilə məhdudlaşmadığını, bütün Cənubi Qafqazın təhlükəsizliyi və inkişafı üçün həlledici rol oynadığını göstərir.Sülhün bərqərar olması Cənubi Qafqazda uzunmüddətli sabitliyin təminatına çevrilir, münaqişə risklərini aradan qaldırır. Daha dinc və proqnozlaşdırılan sülh mühiti regiona xarici investisiyaların cəlb olunması üçün geniş imkanlar açır. Nəqliyyat və kommunikasiya bağlantıları təmin olunmaqla iqtisadi əlaqələr daha da inkişaf edir. 
 

Politoloq qeyd edib ki,sərhədlərin açılması və münasibətlərin normallaşması regional nəqliyyat-kommunikasiya xətlərinin işə düşməsini və regionun beynəlxalq bazarlara inteqrasiyasını da sürətləndirir. 

 

Gürcüstan kimi qonşu və dost ölkənin bu prosesi fəal şəkildə dəstəkləməsi Cənubi Qafqazda ümumi rifah və əməkdaşlıq mühitinin formalaşmasında tərəflərin maraqlı olduğunu bir daha sübut edir. Ümumiyyətlə regionda sülhün bərpa və bərqərar olması Gürcüstanın öz inkişafı üçün əlverişli variantlar və imkanlar yaradır. Bu mənada qonşu Gürcüstanın Azərbaycanla Ermənistan arasındakı prosesi dəstəkləməsi ümumi vəziyyətin xeyrinədir.


Nurgün Qənizadə

#baki #bütövlükdə #bakı #önəmlidir #prosesində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər