00:00:00
Yazar
Lalə Qafarova
07.05.2026 21:32 28 2 dəq oxuma
Siyasət

Bakı və Kiyev arasında strateji dialoq: Regional təhlükəsizlik və yeni iqtisadi perspektivlər

Bakı və Kiyev arasında strateji dialoq: Regional təhlükəsizlik və yeni iqtisadi perspektivlər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqaarasında telefon danışığı baş tutub. Nazirlər Qəbələdə keçirilən görüşlər zamanı əldə edilmiş razılaşmaların icrasını, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, regional təhlükəsizlik və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə ediblər.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova "İnformator.az"a verdiyi şərhdə bildirib ki, Bakı və Kiyev arasındakı uzunmüddətli tərəfdaşlıq qarşılıqlı ərazi bütövlüyünə dəstək və Azərbaycanın beynəlxalq nüfuzunun artması fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

 

Politoloqun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər təkcə genişmiqyaslı iqtisadi maraqlara deyil, həm də fundamental beynəlxalq hüquq prinsiplərinə söykənir:

 

“Azərbaycan və Ukrayna arasında uzun illərdir davam edən tərəfdaşlıq hər iki dövlətin bir-birinin suverenliyinə verdiyi dəyişməz dəstək üzərində qurulub. Bu müsbət dinamika Azərbaycanın 44 günlük müharibədən sonrakı bərpa prosesi və ölkəmizin regionun aparıcı gücü kimi formalaşması ilə daha da möhkəmlənib. Qara dəniz marşrutu və Şərq-Qərb nəqliyyat dəhlizi üzrə əməkdaşlıq iqtisadi layihələrin əsasını təşkil edir. Bu görüşlərdə bağlanan sazişlər yükdaşımalar sahəsindəki potensialın reallaşdırılması üçün real zəmin yaradıb. Qərb bazarlarına çıxış, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və innovativ layihələrin icrası prioritet istiqamətlərdir".

 

Politoloq vurğulayıb ki, rəsmi Bakı mürəkkəb geosiyasi şəraitdə suverenlik prinsipinə əsaslanan balanslı diplomatiya nümayiş etdirir:

 

"Azərbaycan Rusiya-Ukrayna müharibəsi şəraitində hər iki tərəfin strateji maraqlarını və regional təhlükəsizliyi nəzərə alan peşəkar siyasət yürüdür. Regional təhlükəsizlik və Avropa istiqamətindəki tranzit layihələr həm iqtisadi, həm də siyasi dialoqun mərkəzində dayanır”.

 

 Aydan Əsgərxanlı

#gündəm #azərbaycan #arasında #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər