00:00:00
Yazar
Admin User
07.01.2026 09:24 99 1 dəq oxuma
Siyasət

Bakı və Kiyev regionlararası əlaqələri intensivləşdirmək niyyətindədir

Bakı və Kiyev regionlararası əlaqələri intensivləşdirmək niyyətindədir

Azərbaycan və Ukrayna regionlararası əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

“2026-cı ilin ilk regional səfəri: Azərbaycanın Qax rayonunun icra başçısı Elvin Paşayevlə məhsuldar görüş. Görüşün məqsədi Çernomorsk və Qax arasında əlaqələrin yenilənməsi və Ukrayna ilə Azərbaycan arasında regionlararası əməkdaşlığın genişləndirilməsidir”, - diplomat yazıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər