00:00:00
Yazar
Lalə Qafarova
15.04.2026 20:51 35 1 dəq oxuma
Siyasət

Bakı və Mbabane əlaqələri genişlənir: Əməkdaşlıq üçün böyük potensial

Bakı və Mbabane əlaqələri genişlənir: Əməkdaşlıq üçün böyük potensial

Prezident İlham Əliyev aprelin 14-də Esvatini Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Sibusisive Mnqomezulunu qəbul edib. Görüşdə səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Tərəflər siyasi dialoqun mövcud vəziyyətini və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Səfir kral III Msvatinin salamlarını çatdırıb, Prezident İlham Əliyev isə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında millət vəkili Tənzilə Rüstəmxanlı qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə münasibətlərə xüsusi önəm verir. Onun sözlərinə görə, bu istiqamət 2019-cu ildən - Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən sonra prioritetə çevrilib.

 

"Afrika gənc əhalisi və zəngin təbii sərvətləri ilə XXI əsrin əsas diqqət mərkəzidir. Sürətli urbanizasiya və texnoloji tərəqqi Afrikanın dünya iqtisadiyyatındakı rolunu artırır. Azərbaycan və Esvatini arasında imzalanmış siyasi məsləhətləşmələr haqqında saziş əlaqələrin genişlənməsi üçün mühüm bazadır.

Kənd təsərrüfatı, balıqçılıq, neft-qaz sənayesi, yaşıl enerji, təhsil və humanitar sahələrdə birgə işləmək üçün geniş imkanlar var.

Azərbaycanın inkişaf modeli Afrika ölkələri üçün faydalı ola bilər. Bu əlaqələr həm ölkəmizin beynəlxalq nüfuzunu artırır, həm də qarşılıqlı strateji tərəfdaşlığa zəmin yaradır".

 

Reyhan Quliyeva

#baki #gündəm #böyük #genişlənir:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər