00:00:00
Yazar
Aysel Mirzəyeva
15.02.2026 17:44 8 2 dəq oxuma
Siyasət Özəl

Bakı-Vaşinqton xəttində təhlükəsizlik addımı

Bakı-Vaşinqton xəttində təhlükəsizlik addımı

ABŞ Azərbaycanın ərazi sularının müdafiəsinə kömək etmək üçün ölkəyə bir neçə yeni qayıq tədarük etməyi planlaşdırır. Bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı bir çox yöndən hər iki ölkə üçün həm zəruri, həm də faydalıdır:

 

“Bu iqtisadi, ticari sahələrlə yanaşı, hərbi və təhlükəsizlik yönündən də önəmlidir. Davamlı sülhün təminatı üçün hər zaman güclü olmaq zərurəti var. Əslində, Ermənistanla Azərbaycan arasındakı mövcud sülh mərhələsinə çatmaq üçün müəyyən mərhələlər aşılıb. Burada əsas hərəkətverici amil Azərbaycanın güclü olması və bu gücü torpaqları azad edərək bölgədə sülhə nail olmasıdır. Odur ki, etibarlı və inanılmış dövlət olaraq regionda sülhün təminatçısı kimi Azərbaycanın daha da qüdrətli olmasının vacibliyini ABŞ də dərk edir. Qayıqların tədarükü də Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. ABŞ və Azərbaycan arasındakı təhlükəsizlik əməkdaşlığında bu mərhələni yeni və daha səmərəli əməkdaşlığın başlanğıcı kimi qəbul etmək olar. Ermənistan və Azərbaycan arasında sülh prosesi səmərəli şəkildə davam edir. Lakin bölgədə ABŞ-İran-İsrail çəkişməsi sülhə təhdid yaradır. Xüsusən, Rusiyanın Cənubi Qafqazda öz maraqları və ambisiyaları naminə gərginlik yaratmaq cəhdləri risklər yaradır. ABŞ-nin həm Azərbaycan, həm də Ermənistan ilə əməkdaşlığı sıxlaşdırması regionda balansı dəyişir və Rusiya sıxışdırılır. Buna baxmayaraq, Azərbaycan balanslı siyasət aparır və daima sülhü, sabitliyi müdafiə edir. Bölgədə Rusiyanın da həyata keçirə biləcəyi müsbət addımları bu gün ABŞ atır. Burada siyasətinə korrektə etməli olan, şübhəsiz ki, Moskvadır. ABŞ və Azərbaycan əməkdaşlığı Rusiya və İrana qarşı yönəlməyib. Yalnız mümkün risklər və təhdidlərə qarşı güclənmək, təhlükəsizlik tədbirlərini gücləndirmək imkanlarından istifadə etməkdədir. ABŞ və Azərbaycan arasındakı əməkdaşlığın ölkəmiz üçün faydaları risklərindən daha çoxdur”.


Nuray Əliyeva

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər