00:00:00
Yazar
Banuçiçək Məmmədova
17.03.2026 17:27 20 1 dəq oxuma
Sosial

Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...

Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...

Bakının Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları ilə əlaqələndirən 202 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Məlumata görə, martın 18-dən sərnişinlərin xidmətinə veriləcək 11 böyüktutumlu "Yutong" markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Beləliklə, marşrut xəttində fəaliyyət göstərən bütün avtobuslar ekoloji təmiz nəqliyyat vasitələri olacaq.

Ümumilikdə 15 avtobus 8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0,60 manat təşkil edir.

#azərbaycan #avtobus #haqqı... #yenilənir: #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər