00:00:00
Yazar
Admin User
28.12.2025 08:22 99 1 dəq oxuma
Sosial

Bakıda bu yolda sürət həddi endirilib

Bakıda bu yolda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

“İnformator.az” xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

 

Məlumata görə, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

 

“Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - NİİM-in sürücülərə müaciətində bildirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər