00:00:00
Yazar
Admin User
24.12.2025 13:01 69 1 dəq oxuma
Sosial

Bakıda Din Xadimlərinin II Forumu keçirilib

Bakıda Din Xadimlərinin II Forumu keçirilib

Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib.

 

“İnformator.az” xəbər verir ki, “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusuna həsr olunmuş 400-ə yaxın din xadimi, media nümayəndləri, müəllimlər və qonaqlar iştirak ediblər.

 

Forum çərçivəsində "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri", "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları", "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar" və "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzularında panel müzakirələr aparılıb.

 

Tədbirdə dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, din xadimlərinin peşəkar inkişafı, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

 

Sonda Din Xadimlərinin II Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər