Bakıda gənclərinin inkişaf strategiyasının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın həyata keçirilməsinə həsr olunan iclasda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.
İclasda azərbaycançılıq ideologiyasının təbliği və gənclərin siyasi fəaliyyəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənclərin və tələbələrin ictimai fəaliyyəti, insan kapitalının inkişafı, gənclərin elmi fəaliyyəti, onların məşğulluğu, sahibkarlıq fəaliyyəti və s. məsələlərlə bağlı müzakirələr aparılır.
İclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilən Strategiyanın əhəmiyyətini yüksək qiymətləndirib, sənəddə əks olunan müddəalarla bağlı məlumat verib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digər gənclər təşkilatlarının rəhbərləri çıxışlarında Strategiyanın həyata keçirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
İclasa yekun vuran Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından, bu sahəyə göstərilən dövlət qayğısından danışıb.
- See more at: http://salamnews.org/az/news/read/162063#sthash.DKMoKKQb.dpuf
