00:00:00
Yazar
Elmira Ağayeva
26.05.2026 20:53 24 2 dəq oxuma
Sosial

Bakıda hansı yol xəritəsi müəyyənləşdirildi?-Paytaxtımızdan dünyaya mühüm çağırışlar

Bakıda hansı yol xəritəsi müəyyənləşdirildi?-Paytaxtımızdan dünyaya mühüm çağırışlar

 

Bakıda 22-də başa çatan Ümumdünya Şəhərsalma Forumu çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf və qlobal əməkdaşlıq istiqamətində mühüm müzakirələr aparıldı. Forum həmçinin Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi rolunu, tranzit imkanlarının genişlənməsini və regionlararası iqtisadi inteqrasiyanın perspektivlərini gündəmə gətirdi. Səslənən çağırışlar Bakının qlobal şəhərsalma dialoqunda artan mövqeyini bir daha nümayiş etdirdi.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat üzrə ekspert Rəşad Məmmədli bildirir ki, Bakı artıq təkcə regional deyil, qlobal logistika qovşağı kimi təqdim olunur:


“Bu isə Azərbaycanın tranzit ölkə statusunu gücləndirərək beynəlxalq yükdaşımaların həcmini artırır, xarici investisiyaların cəlbinə və yeni ticarət marşrutlarının formalaşmasına şərait yaradır. Eyni zamanda ölkənin geoiqtisadi əhəmiyyəti yüksəlir və Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu daha da möhkəmləndirir.  
  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin genişlənməsi region ölkələri arasında iqtisadi əlaqələri sürətləndirir, daşınma xərclərini və vaxt itkisini azaldır. Bu marşrutlar ticarət dövriyyəsini artırmaqla yanaşı, yeni əməkdaşlıq platformaları yaradır və regionun qlobal bazarlara inteqrasiyasını gücləndirir. Nəticədə Cənubi Qafqaz beynəlxalq yük axınında daha strateji mövqeyə sahib olur.     Ələt limanı və ətraf logistika layihələri Azərbaycanın qeyri-neft sektorunun inkişafında əsas dayaqlardan birinə çevrilə bilər. Bu infrastruktur həm tranzit gəlirlərini artırır, həm də sənaye, logistika, xidmət və istehsal sahələrində yeni biznes imkanları yaradır. Xüsusilə,Azad İqtisadi Zonanın fəaliyyəti xarici investorların cəlbini sürətləndirərək ixracyönümlü istehsalın genişlənməsinə və ölkə iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verə bilər”.

Ədilə Hüseynzadə

#Azərbaycan #WUF
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər