00:00:00
Yazar
Aydan Əsgərxanlı
10.07.2026 20:59 23 1 dəq oxuma
Siyasət

Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub

Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub

İyulun 10-da Kolumbiyanın Milli Günü münasibətilə Bakıda rəsmi qəbul keçirilib.

 

"İnformator.az" xəbər verir ki, əvvəlcə Azərbaycan və Kolumbiyanın Dövlət himnləri səsləndirilib.


Tədbirdə çıxış edən Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo bildirib ki, Azərbaycan Kolumbiya üçün Cənubi Qafqazda mühüm tərəfdaşdır. 1994-cü ildə diplomatik münasibətlərin qurulmasından ötən dövrdə ölkələr arasında qarşılıqlı hörmətə və konstruktiv dialoqa əsaslanan əməkdaşlıq formalaşıb.

#baki #qeyd #bakıda #gündəm #kolumbiyanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər