00:00:00
Yazar
Banuçiçək Məmmədova
18.02.2026 17:54 8 1 dəq oxuma
Sosial

Bakıda saxlanılan 11 rusiyalının azad edilməsi... - Zaxarova

Bakıda saxlanılan 11 rusiyalının azad edilməsi... - Zaxarova

Bakıda saxlanılan 11 rusiyalının tezliklə azad edilməsi məsələsi Rusiya və Azərbaycan münasibətlərində prioritet məsələdir.

 

"İnformator.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

Zaxarova bildirib ki, Rusiyanın Azərbaycandakı səfirliyi həm məhbusların özləri, həm də onların qohumları ilə sıx əlaqə saxlayır:

“Rusiya vətəndaşlarının saxlanıldığı Bakı istintaq təcridxanasına konsulluğumuzun növbəti ziyarəti ötən ilin dekbar ayının 30-da Azərbaycan tərəfindən təmin edilib. Onların tezliklə azad edilməsi və vətənlərinə qayıtması mütləq prioritetimizdir və bu məsələni azərbaycanlı tərəfdaşlarımızla ikitərəfli təmaslarda mütəmadi olaraq qaldırırıq. Bakının rusları azad etmək qərarı iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olardı. Amma bir daha demək istəyirəm ki, bu, nazirliyin gündəliyindəki prioritet məsələlərdən biridir”.

#yeni #zaxarova #baki #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər