00:00:00
Yazar
Admin User
05.02.2026 16:50 47 2 dəq oxuma
Sosial

Bakıda "Yaşıl Turizm" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda "Yaşıl Turizm" mövzusunda beynəlxalq konfrans keçiriləcək

2026-cı ilin iyun ayında Bakıda "Yaşıl Turizm" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbir Dövlət Turizm Agentliyinin məlumatına əsasən təşkil olunur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, Azərbaycan COP29 kimi böyük və mötəbər tədbirə ev sahibliyi edib:

 

"Orada məhz əsas hədəf dünyada təbiətin qorunması, təbiətə mümkün qədər daha az zərərin vurulması, yaşıl layihələrin, yaşıl ideyaların dəstəklənməsi öhdəliyi var idi. Bu öhdəlik, əslində, tədbirdən sonra da Azərbaycan müəyyən istiqamətlərdə davam etdirir. Ölkə dünyada gedən bu proseslərə qoşularaq üzərinə öhdəlik götürüb və bu mənada "Yaşıl Turizm" və "Dayanıqlı Turizm" ideyaları bir-birini tamamlayan anlayışlardır. Hazırda dünyada da bu istiqamətdə ciddi işlər görülür və bütün ölkələrdə, ümumilikdə, ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi, ətraf mühitin qorunması, dayanıqlı iqtisadi inkişafa nail olunması istiqamətində yaşıl enerji və s. kimi sahələrdə mühüm addımlar atılır. Bu cür böyük tədbirlərin keçirilməsi həm də maarifləndirmə və fərqindəlik məqsədi daşıyır.

 

"Yaşıl Turizm" konsepsiyası bu növ turizmin inkişafının Azərbaycanda dünyada gedən proseslərlə bilavasitə paralel şəkildə yeni trendlərin tətbiqini göstərir. Eyni zamanda, bu kimi beynəlxalq konfransların ekoloji təcrübələrin yayılmasına da böyük təsiri olur və maarifləndirmə rolu oynayır. Dünyada mövcud olan bir çox nümunələrin yerli bazarda necə tətbiq olunacağı ilə bağlı fikir formalaşdırır. Həmçinin, turizm sahəsində artıq dünya turistləri ölkələrin və ya turizm subyektlərinin ətraf mühitə, yaşıllığa və ekologiyaya daha çox diqqət göstərməsini üstün tutur. Çünki bu digər tərəfdən biznes subyektləri üçün birbaşa faydalarla yanaşı, marketinq aləti kimi də əlavə fərqlənməyə səbəb ola bilir. Bu kimi müasir trendlərə qoşulmaq, baxmayaraq ki, Azərbaycan neft ölkəsi kimi tanınır, bu cür konsepsiyaların qəbul edilməsi və tətbiqi ölkə imici və turizmin inkişafı baxımından çox əhəmiyyətlidir. Enerji və neft ölkəsi olmağımıza baxmayaraq, bu ideyalara açıq olmağımız ölkə imicinin müsbət yöndə formalaşmasına təsir göstərir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər