00:00:00
Yazar
Zəhra Həsənova
16.04.2026 20:22 30 2 dəq oxuma
Siyasət

Bakıda yeni beynəlxalq siyasi mərkəz: Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılır

Bakıda yeni beynəlxalq siyasi mərkəz: Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılır

İstanbulda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransında təşkilatın qərargahının Bakıda yaradılması barədə qərar qəbul olunub. 50-yə yaxın ölkədən 130-a yaxın nümayəndənin iştirak etdiyi tədbirdə iqlimə davamlı urbanizasiya məsələləri müzakirə edilib, eyni zamanda Azərbaycanın təşəbbüsü ilə qurumun beynəlxalq rolunun artdığı vurğulanıb
 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, qərar Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə xidmət edəcək:

 

“Bu, müsbət hadisədir və Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə təkan verəcək. Bu, ölkənin artıq qlobal gündəmdə yer aldığını göstərir. Burada müxtəlif ölkələrdən diplomatlar fəaliyyət göstərəcək, nümayəndələr gələcək. Əlaqələndirmə baxımından bu ofisin əhəmiyyəti böyükdür”.

 

Əmrəliyev qeyd edib ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təşkilatlardan biridir və son illərdə təsir imkanları daha da genişlənib:

 

“Nəzərə alaq ki, Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatıdır və söhbət kifayət qədər geniş miqyaslı bir ofisdən gedir. Təşkilata üzv ölkələrin sayının çoxluğu onun əhatə dairəsini artırır və son dövrlərdə təsir gücü daha da güclənib. Xüsusilə, Azərbaycanın sədrliyi dövründə təşkilatın təsir gücü artıb. Qərargahın Azərbaycanda yerləşməsi həm təşkilat daxilində nüfuzu artıracaq, həm də ölkənin qlobal mövqeyini gücləndirəcək. Bu addım Azərbaycanın gələcəkdə beynəlxalq təşkilatlarda daha fəal təmsil olunmasına şərait yarada bilər. Bu proses Azərbaycanın müxtəlif beynəlxalq qurumlarda rəhbər vəzifələrə iddia imkanlarını artıra bilər və diplomatik rolunun güclənməsinə səbəb ola bilər. Bu qərar Azərbaycana göstərilən beynəlxalq etimadın göstəricisidir və bu etimadın formalaşmasında Prezident İlham Əliyevin rolu xüsusi qeyd olunmalıdır”.

 

Fatimə Hüseynli

#qərargahı #qoşulmama #yaradılır #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər