00:00:00
Yazar
Admin User
28.01.2026 18:14 75 2 dəq oxuma
Sosial

Bakıda yol problemi

Bakıda yol problemi

Bakıda yol sıxlığının əsas səbəbləri kimi avtomobillərin sayının sürətlə artması və yol infrastrukturunun mövcud yükü tam qarşılaya bilməməsi göstərilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Bakıda yol sıxlığı avtomobillərin artması və yol infrastrukturunun yetərsizliyi ilə bağlıdır:

 

“Qarşılaşdığımız problemlər həqiqətən çoxdur. Vaxtilə şəhərsalma sahəsində buraxılan nöqsanları da, tikintidə yol verilən səhvləri də qeyd etmək olar. Avtomobillərin sayının çoxluğu da əsas amillərdəndir. Çünki eyni anda, eyni saatda yola çıxan maşınlar, əlbəttə ki, sıxlıq yaradır. Bunun çıxış yolu kimi iş yerlərində iş saatlarının dəyişdirilməsi ilə bağlı təkliflər var. Düşünürəm ki, iş saatları müxtəlif vaxtlara bölünsə, yollardakı sıxlıq da azalacaq.

 

Hərəkətin təşkili və yenidən təşkili zamanı, yol infrastrukturu dəyişdirilərkən yolların xəttlənməsi və hərəkət zolaqlarının dəyişdirilməsi də həyata keçirilməlidir. Bu, effektiv üsuldur. Əlbəttə, bu məsələlərə mütəmadi olaraq yenidən baxılır. Çünki zaman dəyişdikcə, bəzi yollarda sıxlıq artır, bəzilərində isə avtomobillərin hərəkəti azalır. Bu, birbaşa infrastrukturla bağlı məsələdir.

 

Həmçinin şəhərdə aparılan tikinti işləri də təsir göstərir. Elə ərazilər var ki, əvvəl faktiki yaşayış məntəqəsi olmayıb, lakin bir müddət sonra orada yaşayış binaları və ya qeyri-yaşayış obyektləri, alış-veriş mərkəzləri yaranır. Bu da yol hərəkətinin yenidən uyğunlaşdırılmasını zəruri edir. Yol hərəkətini tənzimləyən göstəricilər: yol xətləri, nişanlar və svetoforlardır. Bu baxımdan yolların texniki cəhətdən daha yaxşı təchiz olunması vacibdir. Müasir dövrdə yol hərəkəti müasir texniki vasitələrlə idarə olunur və tənzimlənir”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər