00:00:00
Yazar
Elmira Ağayeva
14.05.2026 18:44 17 2 dəq oxuma
Sosial

Bakıdan Türküstana uzanan intellektual körpü: TDT-nin yeni inkişaf strategiyası

 

Bakıdan Türküstana uzanan intellektual körpü: TDT-nin yeni inkişaf strategiyası

Türk Dövlətləri Təşkilatı artıq təkcə ortaq tarix və mədəniyyət platforması deyil, həm də gələcəyin texnologiyalarını müəyyənləşdirən strateji gücə çevrilir. Qazaxıstanda keçiriləcək növbəti sammitdə “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunun müzakirəsi türk dünyasının yeni mərhələyə — rəqəmsal inteqrasiya dövrünə qədəm qoyduğunu göstərir. Bakıdan Türküstana uzanan bu intellektual körpü gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, müasir üsul və yanaşmalar Türk Dövlətləri Təşkilatının inkişafına daha dinamik irəliləyiş qazandıracaq:

 

 

“Yeni əməkdaşlıq formaları informasiya sahəsində və müasir texnologiyalar sayəsində daha da inkişaf edəcək. Xüsusilə bu, süni intellekt və rəqəmsal inkişaf sahəsində özünü büruzə verəcək. Bu isə təşkilatın siyasi, geosiyasi və digər istiqamətlərdə uğurlar əldə etməsinə vəsilə olacaq. Üzv ölkələr arasında bütün sahələr üzrə inkişaf siyasi birliyi, iqtisadi, mədəni və ticarət əlaqələrini daha da irəli aparacaq.

 

 

 

Azərbaycanın dünyada tolerantlıq, birlik, həmrəylik və vəhdət sahəsində böyük təcrübəyə malik olması onu Türk Dövlətləri Təşkilatının aparıcı ölkələrindən birinə çevirir. Bu, ambisiya deyil, mövcud reallıq və zərurətdən irəli gələn nəticədir. Xüsusilə müasir texniki vasitələrlə işləmək, süni intellektdən istifadə imkanları və siyasi üstünlüklər bu birliyi Azərbaycanın iştirakı ilə daha da möhkəmləndirir və inkişaf etdirir.

 

 

 

Qazaxıstanda keçiriləcək sammitdə qəbul ediləcək qərarlar, heç şübhəsiz, türk dövlətləri arasında informasiya və texnologiya təhlükəsizliyi baxımından yeni üfüqlər açacaq, yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradacaq. Ümumilikdə, sammitdə türk dövlətlərinin birgə əməkdaşlıq perspektivləri, yeni layihələr və müxtəlif sahələr üzrə inkişaf istiqamətlərinin müzakirəsi də gözlənilir. Bütün hallarda Türk Dövlətləri Təşkilatında informasiya sahəsində əməkdaşlıq əsas mövzulardan biridir və bu istiqamətdə yeni nailiyyətlərin əldə olunması labüddür”.

 

 

Ədilə Hüseynzadə

#TDT #Azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər