00:00:00
Yazar
Admin User
23.12.2025 18:45 101 2 dəq oxuma
Sosial

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra əsas yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, Nəqliyyatı İdarəetmə Mərkəzinin yaydığı məlumat doğrudur:

 

"Lakin qeyd etmək lazımdır ki, bu mərkəzin əsas funksiyası nəqliyyat axınlarının və hərəkət intensivliyinin təhlil edilməsidir. Onlar istiqamətlərin müəyyən olunması, avtomobil yollarında mövcud vəziyyətin ictimaiyyətə ötürülməsi və nəqliyyat problemlərinin işıqlandırılması ilə məşğuldurlar. Lakin Nəqliyyatı İdarəetmə Mərkəzi bu problemlərin həlli üçün birbaşa icraedici resurslara malik deyil. Çünki, nəqliyyat axınlarının effektiv idarə olunması üçün dövlət qurumları arasında sıx koordinasiya və qarşılıqlı əməkdaşlıq tələb olunur.

 

Bu mərkəz əsasən məlumat toplayır, təhlil edir və müvafiq qurumlara ötürür. Məsələn, yol polisi ilə məlumat paylaşaraq onların müvafiq addımlar atmasına imkan yaradır. Amma özbaşına hər hansı bir problemi tam şəkildə həll etmək səlahiyyəti və texniki resursları yoxdur. İnfrastrukturda sıxlığın azaldılması kimi məsələlər isə daha genişmiqyaslı yanaşma və yeni layihələrin həyata keçirilməsini tələb edir. Bu da yalnız koordinasiyalı fəaliyyət və kompleks həllər çərçivəsində mümkündür.

 

Nəticə etibarilə, Nəqliyyatı İdarəetmə Mərkəzi daha çox analitik və məlumat mərkəzi kimi çıxış edir. Böyük məlumat bazalarının təhlili və statistik göstəricilər üzərindən qərarların dəstəklənməsi baxımından əhəmiyyətli olsa da, infrastruktur dəyişiklikləri və ciddi problemlərin həlli üçün daha geniş səlahiyyətlərə malik olan qurumlarla birlikdə işləməlidir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər