Bakının bu üç rayonunda qaz olmayacaq
Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə "İnformator.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunur ki, 27 noyabr saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Səbail, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
