00:00:00
Yazar
Lalə Qafarova
27.03.2026 20:49 17 2 dəq oxuma
Siyasət

Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi - Hərbi böhran İranı qonşularla da sınadı

Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi - Hərbi böhran İranı qonşularla da sınadı

İranın nüvə proqramı ətrafında artan gərginlik fevralın 28-də ABŞ və İsrailin İslam Respublikasına qarşı həyata keçirdiyi kütləvi hava zərbələri ilə yeni mərhələyə keçib. Regionda təhlükəsizlik balansını sarsıdan bu hadisə qonşu ölkələri, o cümlədən Azərbaycanı da narahat edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, İran-İsrail müharibəsi artıq region sərhədlərini aşıb:

 

"Bu toqquşmadan bütün region ölkələri ciddi zərər görür. Burada söhbət təkcə dağıntılardan getmir, həm də iqtisadi təsirlərdən gedir. Bu vəziyyət təkcə region ölkələrinə deyil, bütün dünyaya təsir edir.

Məsələn, İranın münaqişə fonunda körfəzi bağlaması dünya neft bazarında qiymətlərin sürətlə artmasına səbəb olur. Bu da ölkələrin iqtisadiyyatına ciddi təsir göstərir. Neft qiymətlərinin dəyişməsi iqtisadi problemlər yaradır.

Eyni zamanda, hər iki ölkənin ərazisində obyektlərin vurulması və İranın Körfəz ölkələrindəki hədəflərə zərbələr endirməsi vəziyyəti daha da ağırlaşdırır. Nəzərə almaq lazımdır ki, İranda bizim soydaşlarımız yaşayır. Buna görə də, Azərbaycan cəmiyyəti bu məsələdən ciddi narahatdır. Azərbaycan dövləti isə məsələyə praqmatik və düzgün yanaşır. Prezidentin İran səfirliyinə gedərək başsağlığı verməsi və Azərbaycanın İrana göndərdiyi humanitar yardımlar bu mövqeni açıq şəkildə göstərir. Azərbaycan hadisələri diqqətlə izləyir və həm ölkəmizin, həm də soydaşlarımızın zərər görməməsi üçün mümkün olan addımları atır.

Ümumilikdə, bu münaqişə regionda gərginliyi artıran, enerji sektoruna və dünya iqtisadiyyatına ciddi təsir edən bir hadisədir. Hətta belə ehtimallar var ki, münaqişədən sonra qlobal iqtisadi böhran yenidən başlaya bilər".

 

Reyhan Quliyeva

#hərbi #çəkilməsi #azərbaycan #i̇rəvanın #böhran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər