00:00:00
Yazar
Güllər Gülhüseynova
15.09.2026 21:20 40 2 dəq oxuma
Siyasət

Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür

Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür

Sentyabr Bakının azad edilməsi ilə yanaşı, Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələnin başlanğıcı olub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Tarixçi Qasım Hacıyev bildirib ki,1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, Azərbaycan xalqının həm dövlətçilik, həm də ümumi tarixində ən şərəfli dövrlərdən biridir:


“Hazırkı Azərbaycan Respublikası da Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi hesab olunur.Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra dövlətin möhkəmləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul edilsə də, ölkədə baş verən silahlı qarşıdurmalar və erməni daşnaklarının fəaliyyəti dövlət quruculuğu prosesinə ciddi maneələr yaratdı”.


Azərbaycan və Gürcüstanda milli dövlətlərin formalaşdığı həmin dövrdə ermənilərin müstəqil dövlət yaratmaq üçün kifayət qədər ərazi və əhali resursuna malik olmadığı bildirilirdi. Lakin xarici qüvvələrin dəstəyi nəticəsində bölgədə erməni dövlətinin yaradılması istiqamətində addımlar atıldı.


Qasım Hacıyev qeyd edib ki,Azərbaycan və Gürcüstan dövlətlərini möhkəmləndirməyə çalışdığı bir vaxtda erməni silahlı dəstələri xaricdən əldə etdikləri maliyyə və hərbi dəstəyin hesabına bölgədə qarşıdurmaları daha da dərinləşdirdilər. 

 

Azərbaycanın müxtəlif ərazilərində, o cümlədən Gəncədə və Qarabulaq ətrafında silahlı toqquşmalar və qırğınlar baş verdi.Nəhayət, 1918-ci il sentyabrın 15-dək Bakı şəhərində Şaumyanın rəhbərlik etdiyi bolşevik qüvvələri, eləcə də Azərbaycanın müxtəlif ərazilərindən toplanmış erməni silahlı dəstələri şəhərdə ciddi qarşıdurmalara səbəb oldular. Bakı şəhərində çoxsaylı insan qətlləri və dağıntılar törədildi. Bu hadisələr nəticəsində minlərlə dinc sakin həyatını itirib.

 

Qasım Hacıyevin sözkərinə görəBelə bir mürəkkəb şəraitdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakı şəhərinə daxil olub:

 

1918-ci il sentyabrın 15-də Bakı azad edildi və şəhərdəki silahlı qüvvələr çıxarıldı. Bununla da Bakı şəhəri uzun müddət davam edən qanlı qarşıdurmalardan xilas edildi.15 sentyabr Azərbaycan tarixində həm ağrılı və faciəli hadisələrin nəticəsi, həm də Bakının azad edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində mühüm mərhələnin başlanması baxımından əlamətdar gün kimi yadda qaldı. Paytaxtın Bakıya köçürülməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və dövlətçilik fəaliyyətində yeni mərhələ başladı.

 

Lakin təəssüf ki, bu azadlıq və müstəqillik uzun sürmədi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Azərbaycan, o cümlədən Bakı şəhəri bolşeviklər tərəfindən işğal olundu.


Nurgün Qənizadə

#gündəm #xəbər #işğalından #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər