00:00:00
Yazar
Admin User
05.07.2023 17:52 487 1 dəq oxuma
Maraqlı

Balinadan 500 min avroluq sərvət çıxdı

Balinadan 500 min avroluq sərvət çıxdı

Las Palmas Universitetinin alimləri cəsədi sahilə çıxan balinanı yardıqları zaman qəribə mənzərə ilə qarşılaşıblar.


İnformator.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat nəticələrinə görə balinanın ölümünə 500 min avro dəyərində kəhrəba kütləsi səbəb olub. Universitetin Məhkəmə Baytarlıq Patologiyası professoru Antonio Fernandez balinadan çıxarılan kütlənin 9,5 kiloqram olduğunu açıqlayıb.

 

Bilim insanları dəyəri təxminən 500 min euro olan kəhrəbanın balinanın bağırsaklarında yırtılmaya səbəb olduğunu və balinanın bu səbəblə öldüyünü müəyyən edib. Professor Antonio Fernandez iyulun 3-də verdiyi açıqlamada, xüsusilə ətir sənayesi üçün son dərəcə qiymətli xammal olan kəhrəbanın 2021-ci ildə La Palma adasında baş verən vulkan püskürməsi nəticəsində zərər görən insanlara satılacağını və bağışlanacağını bildirib.

 

Bu balinalar çoxlu miqdarda dəniz canlıları ilə qidalanır. Amma bu dəniz canlılarının bəzi hissələri balinanın həzm sistemi tərəfindən həzm oluna bilmir və balinalar kəhrəba adlanan bu bərkimiş maddəni qusar. Kəhrəbaların tez-tez dənizdə üzməsi müşahidə olunur, çünki orta hesabla hər yüz balinadan yalnız biri kəhrəba istehsal edir. Bu səbəblə son dərəcə nadir şəkildə əldə edilən kəhrəba qoxusuna və tərkibindəki qaıcı maddəyə görə ətir xammalı kimi son dərəcə qiymətlidir.

 

Nəzrin Malik

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər