00:00:00
Yazar
Admin User
03.11.2015 10:47 353 2 dəq oxuma
Sosial

BANM-də əfqan tələbələr təhsil alacaqlar

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Əfqanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili ilə görüşüb.
BANM-də əfqan tələbələr təhsil alacaqlar

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Əfqanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili ilə görüşüb.

Rektor Elmar Qasımov diplomatı Ali Məktəbdə görməkdən məmnunluğunu bildirib, qonağa BANM-in yaranma tarixi və qazandığı nailiyyətlər haqqında məlumat verib. Qeyd edilib ki, BANM-in əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrları hazırlamaqdır. E.Qasımov Neft Məktəbində təhsilin ödənişsiz olduğunu və tədrisin ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırıb. BANM-də üç ixtisas üzrə yüksək ixtisaslı mühəndis kadrların hazırlandığını deyən rektor Ali Məktəbin yeni kampusunun Qafqazda ən böyük kampus olacağını bildirib, hər il qəbul imtahanında ən yüksək bal toplayan gənclərin BANM-ə daxil olduğunu deyərək, Prezident təqaüdçüsü adını qazanan tələbələrin sayının ildən-ilə artdığına diqqət çəkib.

Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıbr. E.Qasımov əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifini bildirərək, səfiri bu istiqamətdə əməkdaşlığa dəstək verməyə çağırıb, BANM-in yeni tədris ilində əfqan tələbələri qəbul etməyə hazır olduğunu bildirib.

Səfir Məhəmməd Tağı Xəlili Azərbaycana və BANM-ə gəlişindən məmnun olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəsinə göstərdiyi davamlı dəstəyi çox yüksək qiymətləndirib. İyirmi il əvvəl Azərbaycanda olduğunu deyən səfir illər öncə gördüyü ölkənin inkişaf etdiyini bildirib. Məhəmməd Tağı Xəlili Azərbaycanda keçirdiyi bütün görüşlərdəki müzakirələrdə təhsilin gündəmdə olduğunu vurğulayıb. Əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifə görə rektora minnətdarlığını ifadə edən səfir bu istiqamətdə görüləcək işlərə hərtərəfli dəstək verməyə hazır olduğunu qeyd edib.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər