Barak Obama “Twitter”də vətəndaşların suallarını cavablandırıb
ABŞ prezidenti Barak Obama “Prezidentdən soruşun” (AskPotus) həştəqi ilə “Twitter”də suallara cavab verib.
İnformator xəbər verir ki, Obama ABŞ-da İslama qarşı çıxmanın necə başa çatdırılacağı ilə bağlı suala bu şəkildə cavab verib:
“Amerikalıların böyük hissəsi müxtəliflik və dini plüralizmin bizim ən güclü tərəfimiz olduğunun fərqindədir. Digərlərinin və özümüzün azadlığınmı qorumaq üçün qərəz və steriotiplərə birlikdə qarşı çıxmalıyıq”.
Bu il prezidentlik müddəti başa çatacaq Obama hakimiyyətdə olduğu müddətdə onun üçün ən vacib addımın nə olduğu sualına isə ölkədə uzun müddətdir siyasi müzakirələrin mərkəzində olan və cəmiyyətdə “Obamacare” adlanan Ödənişli səhiyyə xidmətləri qanunun Konqresdən keçdiyi gecəni prezidentliyin ən vacib anı kimi qiymətləndirib.
