Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gedib.
"İnformator.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov və digər rəsmi şəxslər qarşılayıblar.