00:00:00
Yazar
Admin User
29.10.2025 17:55 308 2 dəq oxuma
Sosial

“Başqaları nə deyər?” sindromu

“Başqaları nə deyər?” sindromu

 

Müasir dövrdə insanlar yalnız şəxsi arzularına deyil, həm də başqalarının baxışlarına görə hərəkət etməyə meyilli olurlar. Psixoloqlar bu davranışı “Başqaları nə deyər?” sindromu adlandırır və onu çağdaş cəmiyyətin ən yayılmış psixoloji problemlərindən biri hesab edirlər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib ki,insanlar haqqında yaranacaq fikirlər də, düşüncələr də mühitinə uyğun olaraq müəyyən məqamlarda özünü göstərə bilir:

 

"İnsanların başqalarının fikrinə dəyər verməsi illər boyu, sanki qərinələr boyu bizimlə bərabər gəlir. Hətta bunun içərisində bəzən görürük ki, sosial verilişlərin özündə belə hansısa bir problem olarsa, insanlar düşünürlər ki, ictimai qınaq ortadan götürüldükdə və ictimai qınaq olmadıqca insanlar azadlıqla özbaşınalığı tərs görürlər və özbaşınalıqla azadlığı bir-birindən ayıra bilməyən insanlar təbiidir ki, başqalarının fikrinə də o qədər önəm vermir. Baxır harada,necə başqalarının fikrini ön yarğıya gətirirsən. Ümumiyyətlə,insanlar başqalarının fikrinə həddindən artıq əhəmiyyət verdikdə, hər bir xırda bir şeydə başqalarını düşündükcə insanın öz düşüncə forması kütləşir, orada düşüncədən danışa bilmərik. Amma addımlar şüurlu və şüursuz olur.Bunun içərisində əxlaq, tərbiyə, cəmiyyətə adaptasiya kodeksləri var. Əgər mən kənddə yaşayıramsa, kənddə hər kəsin geyim tərzi ilə mən də həmi tərzdə geyinib çıxmasam, təbiidir ki, bu orada başqalarının fikrinə, düşüncələrinə təsir edəcək və əgər bu sabah mənim bütün yaşam tərzimə təsir edib məni mənlikdən çıxaracaqsa.,hə, o zaman başqalarının fikirlərini əvvəlcə insan özü düşünür, özü düşündüyü halda kimsə də bunu düşüncələri nəzərə alaraq, özündəki müəyyən kodeksləri artıq proqramlaşdırır, bu proqrama uyğun da addım atır. Artıq insanların qəbul etməsi var. İnsan var ki, deyir, məclisim də olsun, amma bu gün məclisimdə deyək ki, Samir Piriyev Matanı mahnısını oxumasın. Yəni insan artıq öz qonaqlarına görə buna imkan yaratmır. Amma elə insan da var ki, həmin toyun içərisinə gəlir, hansı ki, o insanları düşünüb buna icazə vermirdi. Məsələn, bu yaxınlarda bir toy məclisində olmuşam və insan deyir ki, bəs görəsən, bu mahnısını oxumayacaqdı? Çünki həmin anda insan əylənməyə gəlib. Deməli, insanlar haqqında yaranacaq fikirlər də, düşüncələr də mühitinə uyğun olaraq müəyyən məqamlarda özünü göstərə bilir. Buna görə də ilk olaraq insan özünü o zaman görür ki, qarşındakı onun haqqında düşüncədə olursa, qarşısındakı o insan haqqındakı düşüncəsi özü haqqında düşünülən bir fikirdir. Psixologiya elmi artıq bunun təsdiqini verdiyinə görə biz də bunun üzərində daha çox dayanırıq ki, başqası haqqında mənfi düşüncələri düşünməmək üçün öncə sən özündə mənfi düşüncələri yaradacaq müəyyən bəzi məqamları beynində proqramlaşdırmalısan".

 

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər