Baxış sayına görə YouTuberin qəribə addımı
YouTuber təyyarəni baxış sayına görə qəzaya uğratdığını etiraf edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prokurorları bildiriblər ki, baxış sayını artırmaq üçün təyyarəni qəsdən qəzaya uğradan YouTuber qəza yerini təmizləyib.
29 yaşlı Trevor Jacob adlı bu şəxs 2021-ci ilin dekabrında təyyarə qəzasının videosunu YouTube-da yerləşdirərək bunun qəza olduğunu deyib. Onun yerləşdirdiyi video bu günə kimi 3 milyona yaxın baxış toplayıb.
Trevor Jacob 20 ilə qədər həbs cəzası ala biləcəyi deyilib.
Qeyd edək ki, 2021-ci ilin noyabrında Jacob təyyarəsinə quraşdırılmış kameralarla Kaliforniyanın Santa Barbara hava limanından tək başına uçuşa başlayıb. O, kameralardan başqa özü ilə paraşüt və selfi çubuğu da götürüb.
ABŞ-ın Kaliforniya Mərkəzi Rayon Prokurorluğu onun “təyin etdiyi yerə çatmaq niyyətində olmadığını, əksinə, uçuş zamanı təyyarədən atlayaraq qəzaya uğrayan təyyarənin videosunu çəkməyi planlaşdırdığını” bildirib. Təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra Los Padres Milli Meşəsində qəzaya uğrayıb.
Nahid
