00:00:00
Yazar
Admin User
30.12.2025 17:45 114 1 dəq oxuma
Sosial

Bayram tətili neçə gün olmalıdır?

Bayram tətili neçə gün olmalıdır?

Bayram anlayışı insanlarda ilk növbədə istirahət və dincəlmə hissi yaradır. İnsanlar bu günləri səbirsizliklə gözləyir, onları təntənəli şəkildə qeyd edirlər. Bayram günləri yaddaşlarda xoş təəssüratlarla qalır, ailə və dostlarla birlik, mənəvi rahatlıq və gündəlik qayğılardan uzaqlaşmaq imkanı yaradır. 

 

“İnformator.az”a danışan Azərbaycan Dövlət və Neft Sənaye universitetinin 2-ci kurs tələbəsi Aysel Məmmədova bildirib ki, bayram tətili 3 həftə aralığında olsa, daha yaxşı olar:  

 

“İl boyu dərs, stress, imtahanlar olur. Düzdür, biz tələbələr bayram günlərində tam dincələ bilmirik, çünki bu dövr semestr imtahanlarına təsadüf edir və bayramı daha çox oxumaqla keçiririk”.

 

Saytımıza danışan Azərbaycan dili və ədəbiyyat fənləri üzrə pedaqoq Aygün Həsənova isə bildirib ki, onun üçün ideal variant 10–14 gündür:

 

“Bu müddətdə həm ailə görüşləri olur, həm də insan özünə vaxt ayıra bilir. Qısa tətil sadəcə ad olaraq bayramdır”.

 

Sayta danışan biznes sahəsində fəaliyyət göstərən-sahibkar Elvin Quliyev isə söyləyir ki, o bayram keçirmir:

 

“Sahibkar üçün tətil anlayışı demək olar ki, yoxdur. İş dayananda məsuliyyət də dayanır. Ona görə bayram günlərində də işləməyə məcburam”.

 

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər