"Bayraqdar Akıncı" PUA-sı Bakı səmasında
Bu gün Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyənin "Bayraqdar Akıncı" PUA-sı Bakı səmasında uçuş həyata keçirib.
"İnformator.az" xəbər verir ki, hazırda Azərbaycan, Türkiyə və Pakistan aviasiyasının nümayiş uçuşları həyata keçirilir.