00:00:00
Yazar
Admin User
23.10.2025 17:44 156 2 dəq oxuma
Sosial

Bədən sağlamlığı zehnin açarıdır

Bədən sağlamlığı zehnin açarıdır

Həyatda uğur, xoşbəxtlik və daxili harmoniya yalnız bir istiqamətdən-fiziki və ruhi sağlamlığın birliyindən doğur. “Sağlam bədəndə sağlam ruh olar”-bu qədim fikir bu gün də öz aktuallığını qoruyur. Müasir dövrdə stres, hərəkətsizlik və qeyri-sağlam vərdişlər insanın həm bədənini, həm də zehnini zəiflədir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, bu ifadə olduqca dərin və mənalıdır:

 

“Mənə görə, sağlam bədən və sağlam zehin bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Bədənimiz bizim “evimizdir” və əgər o, xəstədirsə və ya zəifdirsə, zehnimiz də düzgün və effektiv şəkildə işləyə bilməz. Zehni gərginlik, stress və narahatlıqlar da bədənə təsir göstərir. Yəni, biri digərinin güzgüsüdür. Məsələn, mütəmadi fiziki fəaliyyətlə məşğul olan insanlar adətən daha pozitiv düşünür, daha enerjili olur və psixoloji olaraq daha dözümlü olurlar.

 

Bəli, fiziki və zehni sağlamlıq arasında tamamilə birbaşa əlaqə var. Bu əlaqə həm elmi baxımdan sübut olunub, həm də gündəlik həyatda müşahidə edilə bilər. Fiziki fəaliyyət zamanı bədəndə endorfin kimi “xoşbəxtlik hormonları” ifraz olunur, bu da insanın əhvalını yaxşılaşdırır və stressi azaldır. Eyni zamanda, zehni rahatlıq da fiziki sağlamlığa təsir edir. Məsələn, davamlı stress və narahatlıq immun sistemini zəiflədir, yuxu problemləri yaradır və bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Ona görə də, balanslı həyat tərzi həm bədən, həm də zehnin sağlamlığını qorumaq üçün vacibdir.

 

Müsahibimiz həmçinin bildirib ki, müasir insanın ən ciddi sağlamlıq problemi, məncə, hərəkətsizlik və stressdir:

 

“Texnologiyanın inkişafı ilə insanlar daha çox oturaq həyat tərzi keçirir. Uzun müddət kompüter qarşısında işləmək, telefonlardan asılılıq və fiziki passivlik bir çox xəstəliklərin yaranmasına səbəb olur. Ürək-damar problemləri, artıq çəki, onurğa ağrıları və s. digər tərəfdən isə, sürətli həyat tempi, informasiya bolluğu və sosial təzyiqlər insanlarda psixoloji yorğunluq yaradır. Bu isə depressiya, təşviş pozuntuları və digər zehni problemlərə yol açır. Sağlam qalmaq üçün həm fiziki hərəkəti artırmalı, həm də zehni istirahətə vaxt ayırmalıyıq”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər