BDU-da Ceyhun Hacıbəylinin irsinə həsr olunan mühazirə keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Görkəmli Azərbaycan publisistləri” fənni çərçivəsində “Ceyhun Hacıbəyli irsi” mövzusunda mühazirə təşkil olunub.
Mühazirədə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Abid Tahirli qonaq qismində iştirak edib.

Görüş zamanı professor Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı, publisistik fəaliyyəti, mühacirət dövrü, eləcə də Azərbaycan ədəbiyyatına və milli-mədəni irsimizə verdiyi töhfələr barədə tələbələrə ətraflı məlumat verib.

Mühazirənin sonunda tələbələr mövzu ətrafında suallar ünvanlayıb, professorla fikir mübadiləsi aparıblar. Abid Tahirli müzakirədə fəallığı və maraqlı sualları ilə seçilən tələbələrə öz kitablarını hədiyyə edib.


Fənnin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əzimova tələbələr və müəllimlər adından professor Abid Tahirliyə mühazirəyə və tələbələrlə bölüşdüyü dəyərli fikirlərə görə təşəkkürünü bildirib.

Görüş xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.
Aytən Əhmədova