00:00:00
Yazar
Lalə Qafarova
16.11.2026 22:23 35 1 dəq oxuma
Araşdırma

Gürcüstan və Rusiya arasında danışıqlar bərpa edilib

Gürcüstan və Rusiya arasında danışıqlar bərpa edilib

Gürcüstan və Rusiya arasında uzun müddətdir davam edən gərgin münasibətlər fonunda danışıqların bərpası diqqət çəkən hadisəyə çevrilib. Tərəflər arasında dialoqun yenidən qurulması regionda siyasi və iqtisadi proseslərə mümkün təsirləri baxımından maraq doğurur.


Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a bildirib ki, 2 ölkə arasında münasibətlərin bərpasına ehtiyac var, amma bu asan bir proses deyil. Çünki 2008-ci ildəki Rusiyanın hücumu və müharibə onların münasibətlərini kəsdi. Amma önəmli detal budur ki, Abxaziya və Osetiya problemləri var ki, Rusiyanın vasitəsilə Gürcüstanın ərazisini əlindən aldılar. Orda separatçı qurumlar yaratdılar. Bu ayrı-ayrılıqda ən böyük problemdir.

 

"2 ölkənin münasibətlərində qeyri-rəsmi tərəflər iqtisadiyyat üzərindədir və nəzərə almaq lazımdır ki, Rusiyanın qonşu ölkələrə ehtiyacı var. Ona görə də Gürcüstanla konkret məsələlər üzərində danışmağa üstünlük verir. Məsələn, gəmiçilik, ticarət, kommunikasiya, yüklərin daşınması ola bilər. Yəni bu konteksdə Gürcüstanda maraqlıdır. Strateji konteksdə isə münasibətlərin əvvəlki kimi olması mümkün deyil". 


Aysun Xəlilova

#danışıqlar #rusiya #edilib #gündəm #arasında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər