00:00:00
Yazar
Admin User
06.12.2025 16:33 138 2 dəq oxuma
Media

BDU-dan yeni media dərsliyi

BDU-dan yeni media dərsliyi

Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Arzu İsayevanın jurnalistikanın müasir trendlərini əhatə edən “Telejurnalistika və Data Analiz” adlı dərs vəsaiti çapdan çıxıb. Nəşr BDU-nun “Nəşr evi” tərəfindən hazırlanıb və mediada datanın istifadəsi, televiziya üçün data əsaslı kontent istehsalı, eləcə də məlumatların vizuallaşdırılması barədə geniş məlumat təqdim edir.

 

Müasir jurnalistikanın əsas istiqamətlərindən birinə həsr olunan vəsait rəqəmsal dövrdə telejurnalistikanın yeni çağırışlarını, data əsaslı informasiya istehsalının nəzəri və praktik tərəflərini təhlil edir. Kitabda klassik telejurnalistika yanaşmalarından başlayaraq müasir analitik metodlara qədər bir çox mövzular öz əksini tapıb.

 

Dərs vəsaitində telejurnalistikanın inkişaf mərhələləri, data anlayışı və jurnalistikada tətbiq sahələri, etibarlı mənbələrdən informasiya toplanması və emalı, rəqəmsal platformalarda dataların təqdimatı və vizuallaşdırılması, data əsaslı hekayəçilik prinsipləri, analitik proqramların icmalı, eləcə də televiziya və rəqəmsal mediada məlumatların transformasiyası kimi mövzular izah olunur.

 

Nəşr yalnız nəzəri biliklərlə məhdudlaşmır, həm də praktiki bacarıqlar üçün nümunələr və tapşırıqlarla zənginləşdirilib. Bu vəsait jurnalistika ixtisasında təhsil alan tələbələr, media sahəsində çalışan mütəxəssislər və tədqiqatçılar üçün dəyərli elmi-metodik mənbə hesab olunur.

 

“Telejurnalistika və Data Analiz” Azərbaycanda data jurnalistikası istiqamətində hazırlanmış sistemli tədris vəsaitlərindən biri kimi qiymətləndirilir. Rəqəmsal transformasiya dövründə jurnalistlərin data ilə işləmə bacarığını, analitik düşünmə qabiliyyətini və faktlara əsaslanan kontent yaratma imkanlarını genişləndirməyi hədəfləyir.

 

Bu vəsait gələcəyin jurnalistləri üçün müasir yanaşmaların, real təcrübənin və rəqəmsal biliklərin bir araya gəldiyi əhəmiyyətli bir resursdur.

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər