00:00:00
Yazar
Zəri Bayramlı
13.10.2026 21:12 34 2 dəq oxuma
Siyasət

“Belarus müharibədən yayınmaq üçün müharibəyə hazırlaşır”-Lukaşenko

“Belarus müharibədən yayınmaq üçün müharibəyə hazırlaşır”-Lukaşenko

Belarus müharibədən yayınmaq üçün müharibəyə hazırlaşır və heç kimə hücum etmək niyyətində deyil. Bu barədəBelarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrdə keçirilən yoxlamalar zamanı bildirib.Onun sözlərinə görə, orduda aparılan yoxlamalarda qeyri-adi heç nə yoxdur.“Açıq və dürüst şəkildə demişəm ki, biz müharibədən yayınmaq üçün müharibəyə hazırlaşırıq. Heç kimə hücum etmək niyyətində deyilik”, – Lukaşenko vurğulayıb.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Sədrəddin Soltanovun sözlərinə görə, Belarusya Rusiyanın Ukrayna ilə apardığı müharibədə dolayı şəkildə iştirak edir:

 

 

“Belarusun Moskva ilə yaxın münasibətləri və daim məsləhətləşmələr aparması Avropada müəyyən narahatlıqlar yaradır. Aleksandr Lukaşenkonun ölkənin müharibəyə hazırlığı ilə bağlı verdiyi açıqlamalar da diqqət çəkir. Belə ki, Belarus Rusiyanın apardığı siyasətə görө istənilən vaxt zərbə ilə üzləşə bilər. Rusiyanın Ukraynada hərbi əməliyyatlar aparması Belarusun da oxşar təhlükələrlə qarşılaşması ehtimalını artırır”.

 

 

Politoloq hesab edir ki, Belarusun hərbi hazırlıq görməsi təhlükəsizlik risklərinin azaldılması və regionda sabitliyin qorunması məqsədi daşıya bilər:

 

 

“Belarus Prezidenti ölkəni istənilən vaxt baş verə biləcək silahlı insidentlərə qarşı hazırlıqlı vəziyyətə gətirməyə çalışır. Bunun Qərblə münasibətlərin gərginləşməsinə, eləcə də Rusiya-Ukrayna münasibətlərinə təsiri ola bilər. Bu səbəbdən Avropa ölkələri ilə Ukrayna arasında əməkdaşlığın və təhlükəsizlik məsələləri üzrө koordinasiyanın əhəmiyyəti artır. Belarusun müharibəyə hazırlaşması ölkənin təhlükəsizlik siyasəti və regionda yaranmış mürəkkəb vəziyyətlə əlaqələndirilir”.

 

Pənahova Şəbnəm

#hazırlaşır”-lukaşenko #yeni #xəbər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər