00:00:00
Yazar
Nərmin Həşimova
17.07.2026 20:21 25 1 dəq oxuma
Siyasət

“Belarusla birgə müdafiə istehsalı müzakirə oluna bilər”-AÇIQLAMA

“Belarusla birgə müdafiə istehsalı müzakirə oluna bilər”-AÇIQLAMA

Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişafı istiqamətində növbəti mühüm addım atılıb. Rəsmi səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun bir sıra hərbi obyektlərini ziyarət edib. Səfər zamanı hərbi texnologiyalar, pilotsuz aviasiya sistemləri və xüsusi təyinatlı bölmələrin fəaliyyəti ilə tanışlıq keçirilib, həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək mühüm görüşlər baş tutub.


Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlıq kifayət qədər geniş perspektivlərə malikdir:


“Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Belarusa səfəri çərçivəsində həm regional təhlükəsizlik, həm də qarşılıqlı tərəfdaşlıq haqqında bir çox məsələlərin müzakirə edildiyi məlumdur. Azərbaycan ilə Belarus arasında əməkdaşlığın miqyası kifayət qədər genişdir. Azərbaycan Belarusdan bir çox silah sistemləri əldə edib və onlardan müharibə zamanı kifayət qədər uğurla istifadə edib. Digər tərəfdən isə Belarusun hərbi müdafiə sənayesi bir neçə zirehli vasitənin modernləşdirilməsini, hava hücumundan müdafiə sistemlərinin tələblərə uyğun olaraq yenilənməsini və istehsalını artıq həyata keçirib. Böyük ehtimalla, bu dəfəki görüşdə də müdafiə sistemlərinin əldə olunması və ya birgə istehsalına dair müzakirələr aparılıb".


Mehriban Yariyeva

#yeni #istehsalı #birgə #gündəm #müdafiə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər