00:00:00
Yazar
Admin User
01.05.2023 14:58 390 1 dəq oxuma
Maraqlı

Belçikada velosipedlə işə gedənlərə əlavə pul ödənəcək

Belçikada velosipedlə işə gedənlərə əlavə pul ödənəcək

Belçikada yeni müavilə ilə işə velosipedlə gedənlərə işəgötürən əlavə pul ödəyəcək.


İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Belçikada 1 May Əmək Günündə qüvvəyə minən müqavilə ilə işə velosipedlə gedənlərə velosiped pulunun verilməsi məcburi olub.


Müvafiq olaraq, mayın 1-dən etibarən işçilər işə velosipedlə getdikləri təqdirdə hər kilometr üçün işəgötürəndən 0,27 avro müavinət alacaqlar. Bu müavinət vergidən azad olacaq.


Sözügedən müqavilədə bir işçinin gündəlik velosiped pulunun 40 kilometrdən çox olmaması da qeyd olunub. Beləliklə, velosiped pulu gündə 10,8 avro ilə məhdudlaşdırılacaq.


Yeni tətbiq ilə ölkədə velosipeddən istifadənin daha da artacağı gözlənilir.

 

Sayad

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər