00:00:00
Yazar
Admin User
08.01.2026 17:02 92 1 dəq oxuma
Sosial

Benzinin bahalaşması taksi xidmətlərinin qiymətlərinə təsir edəcəkmi?

Benzinin bahalaşması taksi xidmətlərinin qiymətlərinə təsir edəcəkmi?

Son günlər benzinin qiymətində baş verən artım ictimaiyyətin diqqət mərkəzindədir. Bu artımın gündəlik nəqliyyat xidmətlərinə necə təsir edəcəyi ilə bağlı suallar yaranır.

 

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "İnformator.az"a aydınlıq gətirib. O bildirib ki, bu dəyişikliyin taksi xidmətlərində qiymət artımına səbəb olunacağı gözlənilmir:

 

"Ölkəmizdə dizel yanacağı və Aİ-92 markalı benzinin qiymətində təxminən 5-10% civarında dəyişiklik olub. Bu, kəskin artım sayılmır. Ona görə də bu dəyişikliyin taksi xidmətlərində qiymət artımına səbəb olunacağı gözlənilmir. Hazırda taksi xidməti üçün istifadə olunan avtomobillərin böyük əksəriyyəti əvvəlcədən də yanacağa qənaətcil olan modellərdir. Bu isə amortizasiya xərclərinin azalmasına səbəb olur. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, taksi tarifləri dəyişkəndir və tələb-təklif əsasında formalaşır. Buna görə də yanacağın qiymətindəki cüzi artımın taksi qiymətlərinə ciddi təsir göstərəcəyi gözlənilmir. İctimai nəqliyyatda isə bu məsələ Tarif Şurası vasitəsilə tənzimlənir və hazırda qiymət artımı ilə bağlı rəsmi məlumat yoxdur".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər