00:00:00
Yazar
Admin User
19.12.2025 19:16 95 3 dəq oxuma
Sosial

Beynəlxalq ikili diplom proqramı seçimi təsdiqlənib

Beynəlxalq ikili diplom proqramı seçimi təsdiqlənib

Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydası təsdiqlənib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir.


Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, baş nazir Əli Əsədovun imzaladığı qərarla beynəlxalq ikili diplom proqramları üzrə yeni seçim qaydaları rəsmən təsdiqlənib:


“Rəsmi təsdiqlənən qaydalar yeni olduğu üçün hələ konkret rəsmi statistik və ya prioritet siyahı açıqlanmayıb. Hansı səviyyələrin daha çox ikili diplom proqramlarında cəlb olunacağı haqda dəqiq fikir söyləmək mümkün olmasa da, mövcud praktikaya və ümumi trendlərə əsasən müəyyən fikirləri söyləmək olar. Mövcud təcrübə əsasən bir neçə ikili diplom proqramı bakalavriat səviyyəsində uğurla həyata keçirilir (Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP)) və çox sayda tələbə bu səviyyədə ikili diplom imkanlarından faydalanıb. Bu tip proqramlar xüsusilə mühəndislik və texniki sahələrdə geniş yayılıb. Magistr səviyyəsində də ikili diplom proqramları mövcuddur və xaricdə tədqiqat və təhsil imkanları təmin edilir. Magistr səviyyəsi bir çox ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlığa daha çox maraq göstərdiyi sahədir, çünki bu səviyyədə elmi-tədqiqat və ixtisaslaşma dərinləşir. Hazırda Azərbaycanda ikili diplomlar üzrə doktorantura səviyyəsində proqramların sayı digər iki səviyyəyə nisbətən daha məhdud ola bilər. Qəbul edilən qayda bunları da nəzərdə tutsa da, praktikada belə proqramların təşkil edilməsi daha çətin və nadir ola bilər, çünki doktorantura səviyyəsi böyük akademik resurs və uzunmüddətli tədqiqat əməkdaşlığı tələb edir. Doktorantura səviyyəsində ikili diplom proqramları dünya səviyyəsində mövcuddur, lakin Azərbaycanda bunların sayı hələ ki bakalavr və magistr səviyyəsinə nisbətən aşağıdır”.


Əlavə olaraq ekspert bildirib ki, qərarın növbəti 5 il ərzində Azərbaycanın ali təhsil sisteminə təsiri əsasən keyfiyyət, beynəlmiləlləşmə və rəqabətqabiliyyətlilik istiqamətlərində özünü göstərəcək:


“Ali təhsilin keyfiyyətinin yüksəlməsi öz növbəsində xarici tərəfdaş universitetlər üçün seçim meyarlarının sərtləşdirəcək və bu da zəif və formal əməkdaşlıqların qarşısını alacaq. Təbii ki, bütün bunlar tədris planları, qiymətləndirmə və akademik standartlar beynəlxalq normalara uyğunlaşdırılacaq və nəticədə yerli universitetlərdə təhsil səviyyəsi yüksələcək.
Ali təhsilin beynəlmiləlləşməsi sürətlənəcək və bu daha çox nüfuzlu xarici universitetlərlə rəsmi əməkdaşlıqlar qurulmasına köməklik göstərəcək. Qeyd edilən faktorlar Azərbaycan universitetlərinin regional və beynəlxalq reytinqlərdə yüksək yerlərdə qərarlaşmasına kömək edəcək. Qəbul edilən qaydalar bakalavr və magistr səviyyələri üzrə proqramların açılmasını asan və sistemli edir. Xüsusilə mühəndislik, İT, iqtisadiyyat, təhsil və idarəetmə sahələrində artım gözlənilir. Bütün bunlar əmək bazarına daha hazırlıqlı məzunlar çıxacaq.
Doktorantura və elmi tədqiqatlar üçün baza formalaşdıracaq. İlk 5 ildə doktorantura səviyyəsində kütləvi artım olmaya da bilər,lakin birgə elmi rəhbərlik, ortaq tədqiqat layihələri və gələcək ikili PhD proqramları üçün institusional zəmin yaranacaq. Yerli universitetlər arasında sağlam rəqabət də güclənəcək. Hər ali məktəb ikili diplom proqramı aça bilməyəcək - keyfiyyət əsas şərt olacaq. Zəif universitetlər ya islahat aparacaq, ya da bazardan sıxışdırılacaq.
Artıq bu proqramların məzunlarının əmək bazarındakı dəyəri də artacaq və dövlət və özəl sektor üçün daha cəlbedici olacaq”.


Son olaraq söyləyib ki, hazırki qərarın məzmununa və mövcud praktikalara əsaslanaraq demək olar ki, ikili diplom proqramlarında təhsil haqları və maliyyə yükü birbaşa dövlət tərəfindən vahid tariflə tənzimlənmir, amma çərçivə və nəzarət mexanizmi gücləndirilir:

 

“Yaxın illərdə bu məsələ müxtəlif formalarda tənzimlənəcək. Təhsil haqları mərkəzləşdirilən deyil, razılaşma əsaslı, yəni yerli ali təhsil müəssisəsi və xarici tərəfdaş universitet arasında imzalanan ikili diplom müqaviləsi ilə müəyyən olunacaq. Yeni qaydalar bu müqavilələrin şəffaf olmasını, əsaslandırılan maliyyə modelinə söykənməsini tələb edir. Universitetlər özbaşına qiymət artımı edə bilməyəcək, əsaslandırma təqdim etməlidir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər