00:00:00
Yazar
Admin User
19.12.2025 17:47 66 2 dəq oxuma
Sosial

Beynəlxalq ikili diplom proqramı üzrə təhsil səviyyələrinin seçimi qaydası təsdiqlənib

Beynəlxalq ikili diplom proqramı üzrə təhsil səviyyələrinin seçimi qaydası təsdiqlənib

 

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir.

Qaydada Proqrama dair müqavilənin bağlanılması, Proqrama tələbə seçimi şərtləri göstərilir.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Murad “İnformator.az”a bildirib ki, artıq bəzi universitetlər ikili diplom çərçivəsində fəaliyyət göstərir:

 

“Artıq bir neçə ildir ki, bəzi universitetlər ikili diplom çərçivəsində fəaliyyət göstərir. 2025-2026 qəbul proqramında hətta belə universitetlərin sayı daha da artıq idi. Düşünürəm, hər il başqa digər universitetlər də bu proqram çərçivəsində fəaliyyət göstərmək istəyəcək. Belə ki, artıq həm abituriyentlər, həm də valideynlər ikili diplom verilən universitetlərə daha çox üstünlük verir. İkili diplom tələbənin həm elmi,həm də praktiki biliklərini daha yüksək səviyyədə inkişafına təkan verəcək. Artıq sadəcə Azərbaycanda deyil, universitetin müqavilə bağladığı ölkədə də tələbə təhsilini möhkəmləndirə biləcək. Həmçinin yekunda aldığı diplom dünya miqyasında daha rahat tanınacaq. İki diplom proqramı yerli universitetlərə rəğbəti artıracaq, həm də savadlı abituriyentlərin öz ölkəsindəki universitetlərə üstünlük verməsinə gətirib çıxaracaq. İkili diploma müraciət edən abituriyentlər daha çox iqtisadiyyat və mühəndislik yönümlü ixtisasları seçirlər. Digər ixtisasların da gələcəkdə belə layihələrə qoşulması həm ölkə, həm də abituriyentlər üçün müsbət hal ola bilər”.


Rəmziyyə Babazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər