Bill Qeyts: Süni intellekt Google və Amazonu sıradan çıxara bilər
Süni intellekt texnologiyaları Google və Amazon kimi şirkətlərin sonunu gətirə bilər.
İnformator.az xarici KİV-lərə istinadən məlumat verir ki, bu sözləri Microsoft-un qurucusu Bill Qeyts söyləyib. Onun sözlərinə görə, süni intellektin (Aİ) inkişafı son illərin ən mühüm texnoloji irəliləyişidir.
Bill Qeyts düşünür ki, şəxsi rəqəmsal köməkçi hazırlayan şirkətlər süni intellekt yarışında böyük ehtimalla qalib gələcəklər. O, bu texnologiyanın insanların davranışını kökündən dəyişdirəcəyini iddia edib.
Qeyts həmçinin hökumətləri süni intellektin risklərini məhdudlaşdırmaq üçün sənaye ilə birgə işləməyə çağırıb.
Aydan
