00:00:00
Yazar
Səmayə Səftərova
25.09.2026 21:33 125 1 dəq oxuma
Texnologiya

Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə yol aça bilər

Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə yol aça bilər

“Microsoft”un qurucusu Bill Qeyts süni intellekt texnologiyalarından bədniyyətli insanların istifadə etməsinin son dərəcə ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

 

“İnformator.az” bildirir ki, Qeyts NBC telekanalına müsahibəsində süni intellektin potensial risklərindən danışıb.

 

“Süni intellekt, şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri törətmək üçün kifayət qədər gücə malikdir”, – o bildirib. Qeyts bunu süni intellekt texnologiyalarının “pis niyyətli” insanların əlinə keçməsi ehtimalı ilə əlaqələndirib. O, sentyabrın 15-də “The Times” qəzetinin podkastında süni intellektə nəzarət edəcək beynəlxalq təşkilatın yaradılmasının tərəfdarı olduğunu da bildirib.

#Bil Qeyts #süni intellekt #texnologiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər