00:00:00
Yazar
Admin User
26.10.2025 15:43 182 1 dəq oxuma
Sosial

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib

24-26 oktyabr tarixlərində Biləsuvar Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında region açıq birinciliyi keçirilib.

 

"İnformator.az"ın məlumatına görə, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Regional Gənclər və İdman İdatəsinin Biləsuvar rayonu üzrə sektor müdiri Azad Quliyev, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Tural Əliyev, rayon Olimpiya Kompleksinin direktoru Tofiq Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə,təşkilat və müəssisə rəhbərləri, şəhidlərin valideynləri və rayon sakinləri iştirak ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər