00:00:00
Yazar
Səadət Əlizadə
03.10.2026 14:14 12 1 dəq oxuma
Siyasət

Binəli Yıldırım Türk Dövlətləri Təşkilatına üzv ölkələri təbrik edib

Binəli Yıldırım Türk Dövlətləri Təşkilatına üzv ölkələri təbrik edib

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Türk Dövlətləri Əməkdaşlıq Günü münasibəti ilə quruma üzv ölkələri təbrik edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

 

“Keçmişdən aldığımız güc və ortaq dəyərlərimizlə gələcəyə əmin addımlarla irəliləyirik. Türk Dövlətləri Təşkilatı çərçivəsində güclənən əməkdaşlığımızın iqtisadiyyat, mədəniyyət, təhsil və sosial sahələrdə daha da inkişaf edərək, qardaş ölkələrimiz arasındakı bağları daha da möhkəmləndirməsini və ortaq gələcəyimizə dəyər qatmasını arzulayıram.

 

3 Oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü mübarək olsun. Türk dünyasının birliyi, həmrəyliyi və qardaşlığı daim olsun”, - Binəli Yıldırım bildirib.

#baki #ölkələri #gündəm #yıldırım
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər