Bir Könüllünün Dramı
Ülkər Eldarqızı
Bakı Slavyan Universiteti, magistr
Artıq 4 gündür ki Avropa oyunlarında könüllülük fəaliyyətimə başlamışam. İş saatlarım axşama təsadüf etdiyi üçün 9 da Koroglu metrosu yaxınlığında yerləşən Atletlər kəndindən çıxıram və metronun yanından GETMƏLİ OLAN 173 saylı avtobusu gözləyirəm. Pİrşağıda yaşadığım üçün Koroglu metrosundan gedə biləcəyim tək avtobus budur. Dünən bu gözləntilərim xəyal qırıqlığı ilə sonlandı. 131 nömrəli marşrutla Zabrata qədər gəlib ordan 173 -ə mindim. Çünki avtobusun sürücüləri ürəkləri istədiyi yerdən keçərək gedir və saxlamırdılar.
Maraqlı olan odur ki, avtobusdan düşərkən sürücüdən soruşdum ki sonuncu avtobus şəhərdən neçədə çıxır. Bildirdi ki, sonuncu avtobus elə mənim içərisində olduğum avtobusdur və 21-50 də tərk edib metronu. Mən də Allaha şükürlər edərək düşdüm ki, nə yaxşı çatmışam avtobusa.
Sən demə sevincim boşuna imiş. Bu gün yenə də 9-da hər zaman olduğu kimi Koroglu metrosunun müvafiq ”dayanacağ’ında” yerimi aldım. Bu arada belə bir dayanacaq 173 üçün mövcud deyil, sürücünün kefindən asılı olaraq saxlaya bilər və biz də arxasınca qaçaraq özümüzə yer tutmaq üçün 250 kalori itirməliyik.
Nə isə kaş ki avtobus gələydi də mən də qaçaydım deyirəm indi. Əslində qaçdım. 21-20 də də bir 173 gəldi və ön qapını açaraq sərnişinləri düşürdü. O öz ”Dayanacağına” gedib saxlayana qədər isə mən və daha 10 sərnişin özümüzə axşam qaçışının ləzzətini daddırdıq. Və marafonun sonunda avtobusun qapılarının önündə müvafiq yerləri aldıq ki sürücü qapıları açanda heç olmasa 50 dəqiqləlik yolu rahat oturaraq gedək..
Və bu anda başını bulayaraq avtobusdan düşən sərnişinlər avtobusun kəndə getmədiyini dedi. Sürücü isə sərnişinləri düşürdükdən sonra işıq sürətilə uzaqlaşıb öz sevimli qarajına doğru yol aldı. Biz – xəyalları puç olmuş sərnişinlərə isə 172, 107, 148, 131 nömrəli avtobuslarda öz yerini almış və evlərinə gedən sərnişilərə baxaraq kədər göz yaşlarımızı boğub saxlamaq qaldı.
Bu zaman bir taksi saxlayaraq ”Pirşağıya bir manat, boş yerlərdən qalmadııı” deyə səsləndi və 173 qurbanı sərnişinlərdən 4- ü taksiyə minərək getdi. Mən və digər bir neçə sərnişin isə hələ də ümüdlərlə yaşayaraq növbəti mərhəmətli avtobusun bizi nə vaxt şərəfləndirəcəyini gözləməyə başladıq…
Aradan 20 dəqiqə keçdi. Narahat olan sərnişinlərə dedim ki, ”Narahat olmayıne dünən özüm soruşmuşam 21-50 də gəlməlidi bir avtobus”. Təbii ki, yalançı çıxmadım gəldi həmin avtobus düz 21-44 də. Lakin dayanacağın yanından belə keçməyərək öz sevimli qarajına doğru yol aldı və yenidən ümüdlərimiz qırıldı..
Amma bu hələ son deyildi. Üstündən 10 dəqiqə keçdikdən sonra daha bir 173 nömrəli marşrut işıqları sönü və boş halda Zabrat istiqamətində yönələrək bizi sərnişin yerinə almadı. Bu an artıq ümidlərin bitdiyi, xəyalların qırıldığı an idi. Avropa Oyunlarlna görə bütün avtobuslar gecə 2-yə qədər işləməli olan, Oyunlar bir kənara rəsmi qaydaya görə 11 -ə qədər işləməli olan avtobusu nəyə görə 9 dan sonra tapa bilməyək ki?!
Nəqliyyatı İntellektual İdareetmə mərkəzinin 141 saylı qaynar xəttinə zəng edərək məsələni bildirib şikayət etdim. Amma cavab verən şəxs əşikayətimi qeydə aldığını bildirsə də, səsindən aidiyyatı insanların buna baxılmayacağını anlamaq çox da çətin olmadı.
Bu da Avropa oyunlarının günahıdır, oyunlar olmasa belə olmazdı deməyin. Çünki bir ay sonra çimərlik mövsümü olduqda gecə saatlarına qədər işləyəcək həmin bu avtobuslar. İndi isə Avropa Oyunları zamanı mənim kimi neçə könüllünü, işdən çıxıb evə getməyə çalışan neçə insanı pis vəziyyətdə qoyur.
Mən evə necə gəldim bəs?
Çox yaxşı. Əgər bu sualı düşünmüsüzsə deyim. Taksilərə heç vaxt minmirəm. Özgəcan hadisəsindən sonra isə qətiyyən növündən asılı olmayaq London, Bakı, Pirşağı heç bir taksiyə minmirəm. Yenə də bu avtobuslar bizi taleyə tərk edib getdikdən sonra evdən kimisə çağıracaqdım gəlsin. Bu an bir qohumu gördüm. Taksi sürücüsüdür. Onun maşınına mindim ki aparsın evə. + 3 adam da götürdü və hərəmizdən 2 azn alaraq gətirdi.
Hər gün taksiyə 2 manat verərək evə gedəcək olan Bir Könüllünün dramıdır bu. Heç bir marağım olmadan sevərək işlədiyim könüllülük fəaliyyətimi bu şərtlər altında hər gün taksiyə 2 manat verərək nə qədər davam etdirə bilərəm bax bunu bilmirəm. Ya da siz paylaşıb məlumatın aidiyyatı yerlərə çatmasına kömək edərsiz və mən sabah taksiyə 2 manat verməli olmaram. Bura qədər oxudunuzsa təşəkkür edirəm.
Son olaraq, 173 saylı avtobusun qurbanı olmadığınız üçün Allaha şükür edin yatmazdan öncə. Bu böyük şansdır. Həyatınız dram olmur heç olmasa nəqliyyat cəhətdən.
