"Bir Link- Bir Məktəb" layihəsi üzrə təlimlərə start verilib.
Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində qalibi olan "Bir Link- Bir Məktəb" layihəsi üzrə təlimlərə start verilib.
Bakı şəhəri şəhid Zakir Bəhmanov adına 68 nömrəli tam orta məktəbin direktoru, layihə rəhbəri Nazəni Məmmədovanın İnformator.az-a verdiyi məlumata görə, 26.10.2022-ci il tarixdən etibarən həftədə 2 dəfə olmaqla məktəbin pedoqoji heyətinə təlimlər keçiriləcək. Qeyd edək ki, təlimlər iki qrup olmaqla keçirilir. Artıq 1 və 2-ci qruplarda ilk təlimlər baş tutub. Təlim proqramına uyğun olaraq ilk təlim günlərində müdavimlər MS Onedrive proqramının imkanlarından istifadə bacarıqlarına (Portfoliolarının yaradılması, fənlər üzrə resursların portfoliolarda yerləşdirilməsi, birgə redaktə imkanları, paylaşıla bilən linklərin yaradılması və onlarda istifadə) bacarıqlarına yiyələniblər. Qeyd edək ki, müəllimlər tərəfindən hazırlanan portfoliolar müvafiq meyarlar əsasında qiymətləndiriləcəkdir. Təlimlər 25.11.2022 - cil tarixə qədər davam edəcəkdir.
Xatırladaq ki, layihənin əsas məqsədi məktəbin pedoqoji üzvlərinin iştirakı ilə vahid resurs bazasının yaradılması və pedoqji heyət üzvləri arasında səmərəli kommunikasiyanın qurulması ilə tədrisin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir
